Türkiyədə bir neçə gün öncə fəaliyyəti dayandırılan İstanbul Bilgi Universiteti fəaliyyətini bərpa edib.
Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyənin "Rəsmi qəzet"i məlumat yayıb.
Belə ki, Türkiyənin Ali Təhsili Qurumumunun sədri Erol Özvar sosial mediada açıqlama yayaraq tələbə və əməkdaşların heç bir şəkildə ziyan çəkməyəcəyini bildirib.
Onun sözlərinə görə, əvvəlki qərar qanuni prosedurun tələbi olsa da, son qiymətləndirmələrdən sonra mövcud vəziyyət yenidən dəyərləndirilib.
Rəsmi qurumlar yeni qərarın tələbələr, ailələr və ali təhsil icması üçün müsbət nəticələr verəcəyinə ümid etdiklərini açıqlayıb.
Əli Hüseynov
Bakı 




