• Bakı 19° C

    2.65 m/s

Vətən Müharibəsi Qəhrəmanının müharibədən NADİR FOTOLARI

SİYASƏT

24 Oktyabr 2025 | 10:10 | Müəllif: Əli Hüseynov

Vətən Müharibəsi Qəhrəmanının müharibədən NADİR FOTOLARI

Vətən müharibəsi qəhrəmanı, Azərbaycanın Türkiyədəki hərbi attaşesi, general-mayor Zaur Zeynalovun nadir fotosu yayılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəkil qəhrəman zabitin Vətən müharibəsində iştirakı dövründə çəkilib.

Fotoda Zaur Zeynalovun üz-gözü saqqallıdır, hərbi geyimdə, döyüş şəraitində təsvir olunub. Görüntülər onun ön cəbhədə iştirak etdiyi gərgin döyüş günlərindən birinə aiddir.

Qeyd edək ki, Zaur Zeynalov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Görüntüləri təqdim edirik.

Əli Hüseynov


Vətən Müharibəsi Qəhrəmanının müharibədən NADİR FOTOLARI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026