q
  • Bakı 19° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Vasif Talıbovun oğlunun YENİ GÖRÜNTÜSÜ: Görün kiminlə... - FOTO

CƏMİYYƏT

11 May 2026 | 17:51

Vasif Talıbovun oğlunun YENİ GÖRÜNTÜSÜ: Görün kiminlə... - FOTO

Aktyor Elşən Orucov sosial şəbəkə hesablarında generalla fotosunu paylaşaraq onu təbrik edib.

Bakıvaxtı.az "oxu24.com"a istinadən xəbər verir ki, Fəlakət" obrazı ilə məşhurlaşan aktyor general Rza Talıbovla fotosunu paylaşaraq onun doğum gününü təbrik edib.

O,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabbiq sədri Vasif Talıbovun oğludur.

Xatırladaq ki,Rza Talıbov 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Qeyd edək ki,R.Talıbov Dövlət Miqrasiya Xidməti,Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlayıb. 2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlayıb. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, SAID Biznes məktəbinin Gücləndirilmiş İdarəetmə proqramını bitirib. 2014-cü ildə Böyük Britaniyanın Anglia Ruskin Universitetinin magistr dərəcəsinə layiq görülüb.

2015-ci ildə dosent elmi adını alıb. Həmin ildən Dövlət Miqrasiya Xidmətində fəaliyyətə başlamış və hazırda Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli fərmanı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.


SON XƏBƏRLƏR

10 May 2026