q
  • Bakı 19° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

"Ulduz müharibələri"nin "zabiti" vəfat edib

DÜNYA

11 May 2026 | 18:55

Ulduz müharibələrinin zabiti vəfat edib

Məşhur "Ulduz müharibələri" kult film seriyasındakı rolu ilə tanınan britaniyalı aktyor Maykl Penninqton vəfat edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Variety" jurnalı məlumat verib.

Aktyorun ölüm səbəbi açıqlanmır. Onun 82 yaşında olduğu bildirilir.

"Britaniyalı aktyor Maykl Penninqton, "Cedayın qayıdışı" filminin ulduzu 82 yaşında vəfat edib", - deyə məlumatda bildirilib.

Tanınmış fantastika filmində aktyor "Zabit Moff Tiaan Cercerrod" rolunu canlandırıb. Penninqton uzun illər ərzində "Kral Şekspir" şirkətində çalışıb və Britaniya klassiklərinin əsərləri əsasında hazırlanmış çoxsaylı tamaşalarda rol alıb. O, həmçinin 1987-ci ildə "Şerlok Holmsun qayıdışı" filmində də oynayıb./Oxu.Az


SON XƏBƏRLƏR

10 May 2026