q
  • Bakı 20° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Şirkətdən 7 min manatlıq kabel oğurlandı: araşdırma başladı

HADİSƏ

11 May 2026 | 11:16

Şirkətdən 7 min manatlıq kabel oğurlandı: araşdırma başladı

Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini talayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır. Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

10 May 2026