q
  • Bakı 20° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Azərbaycan neftini daşıyan tanker Hörmüz boğazından keçdi

İQTİSADİYYAT

11 May 2026 | 15:27

Azərbaycan neftini daşıyan tanker Hörmüz boğazından keçdi

Yaponiya Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Hörmüz boğazı vasitəsilə Azərbaycan nefti alacaq.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan nefti daşıyan tanker Hörmüz boğazından keçməklə artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük Yaponiyanın "Eneos" şirkəti üçün nəzərdə tutulub.

Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorunun müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarükdür. Fevralın sonunda İran əleyhinə ABŞ-İsrail hərbi kampaniyası başlamazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95%-i Yaxın Şərq ölkələrinin payına düşürdü. Lakin Hörmüz boğazının bloklanmasından sonra Tokio alternativ tədarük mənbələri axtarmağa məcbur olub.

Nəşr həmçinin qeyd edir ki, Yaponiyanın neft emalı zavodları tarixən Yaxın Şərq neftinin emalına yönəlib, lakin ölkə artıq idxalı şaxələndirməyə başlayıb.

Azərbaycandan başqa, Yaponiya ABŞ-dən neft alışlarını artırıb, həmçinin sanksiya istisnası tətbiq edilən Rusiyanın "Saxalin-2" layihəsindən xammal idxal edib.

Qeyd edək ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yaponiya Rusiya neftinin idxalını faktiki olaraq dayandırıb və Moskvaya qarşı sanksiyalara qoşulub. Yaxın Şərqdən tədarük kəsirini kompensasiya etmək üçün Tokio həmçinin strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb. Son məlumata görə, Yaponiyanın neft ehtiyatları daxili istehlakın 205 günlük həcmini əhatə edirdi.


SON XƏBƏRLƏR

10 May 2026