• Bakı 18° C

    7.15 m/s

Paşinyan bu sammitə qatılmayacaq

SİYASƏT

11 May 2026 | 16:42 | Müəllif: Ayyət Əhməd

Paşinyan bu sammitə qatılmayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.

“Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, aprelin 1-də Moskvada keçirdiyi görüşdə qərarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə də məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR