q
  • Bakı 17° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

1300 illik sirr üzə çıxdı

DÜNYA

10 May 2026 | 23:58

1300 illik sirr üzə çıxdı

Norveçdə məktəbli oğlan sinfi ilə gəzinti zamanı şumlanmış sahədə torpaqdan çıxan naməlum əşyaya rast gəlib.

Bakıvaxtı.az xəbər verir ki, sonradan məlum olub ki, tapıntı vikinq dövrünə aid qədim qılıncdır.

Arxeoloqlar qılıncın təxminən 1300 il əvvələ aid olduğunu bildiriblər. Arxeoloqların məlumatına görə, silah uzun müddət torpaq altında qalmasına baxmayaraq, çox yaxşı vəziyyətdə qorunub saxlanılıb.

Tapılan qədim qılınc araşdırılması üçün Oslo Muzeyinə təhvil verilib. Burada artefakt üzərində əlavə tədqiqatlar aparılacaq.\Musavat.com


SON XƏBƏRLƏR

10 May 2026