Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Zeynəb Rzayeva
***
12:34
Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində yerləşən yaşayış binalarından birində yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə qrupları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.
Zeynəb Rzayeva
***
12:30
Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində yerləşən yaşayış binalarından birində yanğın hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə “Space Tv”nin yaxınlığında baş verib.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Zeynəb Rzayeva
Bakı 





