q
  • Bakı 19° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

İzmirdə Ulu öndərin doğum günü ilə bağlı tədbir keçirildi - FOTOLAR 

SİYASƏT

10 May 2026 | 17:22

İzmirdə Ulu öndərin doğum günü ilə bağlı tədbir keçirildi - FOTOLAR 

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun İzmirdəki büstü ziyarət edilib.

Bakıvaxtı.az xəbər verir ki, İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi və İzmirdə təhsil alan azərbaycanlı gənclərin təşkilatçılığı ilə Karşıyakada yerləşən Heydər Əliyevin büstü önündə tədbir keçirilib.

Tədbirdə dərnəyin sədri Eşref Tuna, Azərbaycanın Egey bölgəsindəki mədəniyyət elçisi, aktrisa və diaspor fəalı Roza İbadova Kocamaz, dərnək rəhbərliyi, eləcə də İzmirdə təhsil alan tələbələrdən Sima İsmayılova, Nihat Rzayev, Şəhriyar Hüseyn, Dəniz Fərəcova, Mədinə Qocayeva, Nəzrin Musayeva, Aytac Xəlilova və digəri iştirak ediblər.

Tədbir zamanı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, onun Azərbaycan dövləti və Türk dünyası üçün gördüyü xidmətlərdən bəhs edilib. Çıxış edənlər Ümummilli Liderin siyasi irsinin bu gün də Azərbaycan xalqı üçün mühüm yol göstəricisi olduğunu vurğulayıblar.

Tədbir iştirakçıların xatirə şəkilləri çəkdirməsi ilə yekunlaşıb.

Nərgiz Məmmədli 


SON XƏBƏRLƏR

09 May 2026