q
  • Bakı 22° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Fitso: Prezident Əliyev həqiqəti dedi

DÜNYA

10 May 2026 | 11:15

Fitso: Prezident Əliyev həqiqəti dedi

Slovakiya Baş naziri Robert Fitsonun videomüraciət yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Robert Fico müraciətində Azərbaycan və Prezident Ilham Aliyevin Avropa Parlamenti ilə bağlı mövqeyinə ayrıca toxunub.

Slovakiya Baş naziri qeyd edib ki, İrəvana səfəri zamanı o, Azərbaycanın suveren xarici siyasətinin şahidi olub: “Prezident Əliyev həqiqəti dedi. Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi. Bizim isə belə problemlərimiz kifayət qədər çoxdur ”, — deyə Slovakiyanın Baş naziri vurğulayıb.

Robert Fitsoo həmçinin Bakının mövqeyi ilə Slovakiyaya qarşı Avropa strukturları tərəfindən göstərildiyini iddia etdiyi təzyiqlər arasında paralel aparıb. O, Avropa

Parlamentinin Avropa Komissiyasını Bratislavaya ayrılan Avropa fondlarının dayandırılmasına çağıran son qətnaməsini tənqid edərək, bunu Avropa bürokratiyasının növbəti “şedevri” adlandırıb.


SON XƏBƏRLƏR

09 May 2026