Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, İran tərəfi Azərbaycana qarşı atılan dronlarla bağlı məsələnin ciddi şəkildə araşdırılacağına söz verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, nazir qeyd edib ki, hadisədən dərhal sonra Azərbaycan tərəfi buna reaksiya verib və İranla çoxsaylı təmaslar həyata keçirilib.
Onun sözlərinə görə, İran PrezidentiAzərbaycan Prezidentinə zəng edib, həmçinin Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb.
İran tərəfi isə dronların öz ərazilərindən atılmadığını, hadisənin üçüncü ölkələrin təxribatı nəticəsində baş verdiyini iddia edib.
Zeynəb Rzayeva
Bakı 




