ABŞ istehsalı olan "Lockheed Martin F-35 Lightning II" hərbi qırıcısı Ərəbistan yarımadası səmasında uçarkən göyərtəsində fövqəladə və ya qəza vəziyyətinin olduğunu bildirən "7700" siqnalını yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatlar təyyarələrin hərəkətini izləyən "Flight Radar" xidmətinin göstəricilərində öz əksini tapıb.
Verilən məlumata görə, qırıcı Bakı vaxtı ilə saat 12 radələrində havaya qalxdıqdan sonra həyəcan siqnalı işə düşüb. Platformanın məlumatlarına əsasən, təyyarə Oman və Oman körfəzinin üzərindən uçaraq keçib.
Hadisənin təfərrüatı, həmçinin təyyarənin uçuş və təyinat məntəqələri hələlik məlum deyil.
Bakı 




