q
  • Bakı 18° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

4 mahnı oxuyub “Qalatasaray”dan 2 milyon alacaq

ŞOU

09 May 2026 | 17:00

4 mahnı oxuyub “Qalatasaray”dan 2 milyon alacaq

“Qalatasaray” futbol klubunun çempionluq şənlikləri üçün dünyaşöhrətli müğənni Dua Lipa ilə danışıqlara başladığı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Super Liqasında 26-cı çempionluğunu elan etməyə hazırlaşan “sarı-qırmızı”lılar möhtəşəm bayram proqramı üçün xüsusi hazırlıq görür.

Məlumata görə, “Qalatasaray” rəhbərliyi çempionluq kubokunun təqdim ediləcəyi gecədə səhnə alması üçün Dua Lipaya 2 milyon dollar (3,4 milyon manat) təklif edib.

İddialara əsasən, məşhur sənətçinin tədbirdə 4 mahnı ifa etməsi planlaşdırılır.

Türkiyəli jurnalist Yakup Çınar bildirib ki, tərəflər arasında aparılan ilkin danışıqlar müsbət istiqamətdə davam edir və sənətçinin təklifə isti yanaşdığı qeyd olunur.

Qeyd edək ki, “Qalatasaray” bu gecə “RAMS Park” stadionunda “Antalyaspor”la qarşılaşacaq. Komanda oyunda qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirə bilər.


SON XƏBƏRLƏR

08 May 2026