q
  • Bakı 18° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Dünyada yeni virus təşvişi: Pandemiya riski varmı?

CƏMİYYƏT

09 May 2026 | 18:25

Dünyada yeni virus təşvişi: Pandemiya riski varmı?

Son günlər yayılan hantavirus infeksiyası dünya mediasının əsəs gündəm mövzularından birinə çevrilib. Ölüm halları və yoluxmaların artması narahatlığı daha da artırıb. Xüsusilə göyərtəsində hantavirus yayılan MV Hondius kruiz gəmisində baş verənlər təşviş yaradır. Son məlumatlara görə, gəmi Kabo-Verdi sularını tərk edərək Kanar adalarına doğru yola düşüb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, gəmi sərnişinlərindən 8 nəfərində hantaviris infeksiyası təsdiqlənib. 3 nəfər isə həyatını itirib. Təxliyyə olunanlardan bəzilərinin vəziyyəti ağır olaraq qalır. Mütəxəssislər bildirir ki, aşkarlanan virus yaxın təmas zamanı insandan-insana keçə bilir. Virus əsasən gəmiricilər vasitəsilə yayılır. Yüksək hərarət, nəfəs darlığı, ağır ağ ciyər problemləri yarada bilir. Yoluxma halı İsraildə də qeydə alınıb. Bildirilir ki, virusa yoluxan şəxs bir neçə ay əvvəl Şərqi Avropa ölkələrində olub.

Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. Səhiyyə Nazirliyindən bildirilib ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir: "Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur. Profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur".

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bakıvaxtı.az-a deyib ki, bu virusun ilkin əlaməti qızdırma, halsızlıq, başağrısı, zəiflik və ürək,  ağciyər ağırlaşmalarıdır. 

Həkimin sözlərinə görə, elə ölüm halları da ürək, ağciyər ağırlaşmasından baş verir: 

"Xəstə insan asqırdıqda, öskürdükdə viruslar havaya yayılır və digər insanlara keçə bilir. Ümumiyyətlə hantaviruslar ən çox gəmiricilərdə parazitləyir, yəni onların hüceyrələrində yaşayırlar. Amma bu hal insanı da yoluxdura bilir. İnsanlarda yoluxma nəticəsində ölüm halları təxminən 38-40 faiz civarındadır. Lakin bu virusun bu gün üçün pandemiya yaratmaq təhlükəsi yoxdur".

Aydın


SON XƏBƏRLƏR

08 May 2026