Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsindən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Teleqram kanalında paylaşım edilib.
"Biz Azərbaycan xalqının ümumi Qələbəyə verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycanın oğul və qızları Sovet İttifaqının digər xalqlarının nümayəndələri ilə çiyin-çiyinə verərək düşmənlə fədakarcasına döyüşüblər. Bakı neftçiləri cəbhəni yanacaqla təmin edirdilər: müharibə illərində bütün sovet neftinin 70%-dən çoxu Azərbaycanda hasil olunurdu", - səfir bildirib.
M.Yevdokimov əlavə edib ki, Azərbaycan ərazisində minlərlə hərbçinin müalicə olunduğu təxliyə hospitalları fəaliyyət göstərib, həmçinin lend-liz üzrə tədarük edilən hərbi-texniki yardımın əhəmiyyətli hissəsi buradan keçib.
Bakı 




