Bu gün Misli Premyer Liqasında XXXI tura iki oyunla yekun vurulacaq.
Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında avrokuboku rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcək.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.
"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - onikincidir.
Misli Premyer Liqası
XXXI tur, III dövrə
10 may
17:00. "Turan Tovuz" – "Karvan-Yevlax"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
Tovuz şəhər stadionu
19:30. "Neftçi" – "Şamaxı"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
"Palms Sports Arena"
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Bakı 




