q
  • Bakı 20° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Vaxtı gələndə seçim edəcəyik - Mirzoyandan Putinə cavab

DÜNYA

10 May 2026 | 16:18

Vaxtı gələndə seçim edəcəyik - Mirzoyandan Putinə cavab

"Ermənistan vaxtı çatanda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edəcək”.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.

O, bu fikirlərlə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın mümkün Aİ üzvlüyü ilə bağlı səsləndirdiyi “sivil boşanma” bəyanatına münasibət bildirib.

“Hazırda ölkədə seçki kampaniyası gedir və bütün açıqlamaları detallı şəkildə izləməyə vaxt olmur. Lakin qeyd etdiyiniz məsələyə gəlincə, biz hər zaman demişik ki, Ermənistanın Aİİ və Aİ arasında seçim etməli olduğu vaxt gələndə, müvafiq qərar veriləcək. Hazırda isə Ermənistan Aİİ-nin üzvüdür və bu çərçivədə fəaliyyətini davam etdirir”, - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiyası məsələsinin xüsusi diqqət tələb etdiyini vurğulayıb. O, bu məsələ ilə bağlı ölkədə referendum keçirilməsini təklif edib.

Putin əlavə edib ki, əgər Ermənistan vətəndaşları bu təşəbbüsü dəstəkləsələr, Rusiya “sivil boşanma prosesinə” başlaya bilər.


SON XƏBƏRLƏR

09 May 2026