• Bakı 19° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

HADİSƏ

11 May 2026 | 15:42 | Müəllif: Ayyət Əhməd

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb. Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026