q
  • Bakı 18° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

WUF13

11 May 2026 | 13:51

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

"Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya nümayəndə heyətinin WUF13-də iştirak etmək üçün Bakıya səfəri ərəfəsində Dəməşq qubernatoru Maher Edlibi ilə məhsuldar görüş keçirib", - məlumatda bildirilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.


SON XƏBƏRLƏR

10 May 2026