q
  • Bakı 17° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

ABŞ rəsmisi:neftin qiymətləri enəcək

İQTİSADİYYAT

10 May 2026 | 23:42

ABŞ rəsmisi:neftin qiymətləri enəcək

ABŞ Prezidenti administrasiyası Hörmüz boğazının açılmasından sonra dünyada neftin qiymətlərinin sürətlə enəcəyini gözləyir.

Bakıvaxtı.az xəbər verir ki,  Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bunu "Fox News"a müsahibəsində bildirib.

"Biz boğazı açan kimi neft Fars körfəzindən tükənməz axınla axacaq. Ümumilikdə, neftin qiymətlərinin nisbətən tez və əlbəttə seçkilərə qədər düşməyə başlayacağını gözləyirik", - o deyib.

ABŞ mayın 4-də Hörmüz boğazından gəmilərin tranzitini təşkil etmək üçün "Project Freedom" (Azadlıq layihəsi) əməliyyatına başlayıb, lakin ertəsi gün Prezident Donald Tramp onun müvəqqəti dayandırıldığını elan edib.

ABŞ liderinin sözlərinə görə, təşəbbüsün dayandırılması qərarı Pakistanın və bir sıra digər ölkələrin xahişi ilə verilib.\"Report"


SON XƏBƏRLƏR

10 May 2026