q
  • Bakı 18° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Taylandda yarasalarda yeni koronavirus ştamı tapıldı

DÜNYA

11 May 2026 | 13:42

Taylandda yarasalarda yeni koronavirus ştamı tapıldı

Taylandda yarasalar arasında koronavirusun yeni bir növü müəyyən edilib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Cəmiyyətdə Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət Departamenti ilə birgə aparılan araşdırmalar nəticəsində yeni ştamın mövcudluğu təsdiqlənib. “Hazırda insanlara yoluxma halları qeydə alınmayıb. Tədqiqatlar göstərir ki, virusun bu ştammı COVID-19-dan daha az patogen və yoluxucudur. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda təsirli olaraq qalır. Epidemiya təhlükəsi azdır”, - deyə nazirlikdən qeyd edilib.


SON XƏBƏRLƏR

10 May 2026