Ötən həftə infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən və ürəyinə stent qoyulan müğənni Akif İslamzadənin vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, Akif İslamzadənin ümumi vəziyyəti ağır stabil olaraq qalır:
“Xəstənin huşu aydındır. Hemodinamik vəziyyətinə uyğun olaraq xəstə aktivləşdirilib. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.
Bakı 




