q
  • Bakı 20° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

 Bakı-Xankəndi veloturunun ikinci mərhələsi...

İDMAN

11 May 2026 | 08:57

 Bakı-Xankəndi veloturunun ikinci mərhələsi...

Bu gün Bakı-Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsi keçiriləcək.

 

Bakıvaxtı.azxəbər verir ki, II etap 193.2 kilometr məsafəni əhatə edəcək.

Bakıda start götürəcək bugünkü tur Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşacaq.

Ötən gün ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.\ "Report"


SON XƏBƏRLƏR

10 May 2026