q
  • Bakı 17° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Starmer Baş nazir vəzifəsindən ayrılır? - Bilindi

DÜNYA

10 May 2026 | 20:35

Starmer Baş nazir vəzifəsindən ayrılır? - Bilindi

Böyük Britaniyanın Baş naziri Kir Starmer bir neçə parlament üzvünün istefa ilə bağlı çağırışlarına baxmayaraq, qarşıdakı illərdə hökumətə rəhbərlik etmək niyyətində olduğunu bildirib.

 

Bakıvaxtı.az-ın məlumatına görə, o, bu barədə "The Daily Mirror"a müsahibəsində bildirib.

"Mən həmişə milli dirçəlişin onilliyindən danışmışam. Bizə bütün istiqamətlərdə dəhşətli miras qaldı. Söhbət yalnız dağılmış iqtisadiyyatdan getmir. Dövlət xidmətləri məhv edildi. Vəziyyət əslində əvvəlcə düşündüyümüzdən daha pis idi. 10 illik dirçəliş layihəsi lazımdır", - o deyib. Starmer 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə leyboristlərə rəhbərlik edəcəyini bildirib.

Mümkün istefası ilə bağlı suala cavab verən Starmer Baş nazir vəzifəsindən ayrılmaq niyyətində olmadığını bildirib. "2024-cü ilin iyul ayında seçildiyim vəzifədən ayrılmaq niyyətim yoxdur", - o vurğulayıb.

Böyük Britaniyada mayın 7-də yerli özünü idarəetmə orqanlarına seçkilər keçirilib. Nəticədə, Leyboristlər Partiyası tarixində ilk dəfə olaraq Uels Parlamentinə nəzarəti itirib. Bundan sonra leyboristlərdən olan deputat Ketrin Uest kabinet üzvlərini Starmeri hakimiyyətdən uzaqlaşdırmağa çağırıb. Onun sözlərinə görə, Starmerin hökumətə və partiyaya davamlı rəhbərliyi leyboristləri növbəti ümumi seçkilərdə sarsıdıcı məğlubiyyətlə təhdid edir. \"Report"


SON XƏBƏRLƏR

09 May 2026