q
  • Bakı 20° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Məhəmməd Hadinin çox nadir kitabı hərraca qoyuldu

CƏMİYYƏT

11 May 2026 | 15:55

Məhəmməd Hadinin çox nadir kitabı hərraca qoyuldu

Dahi Azərbaycan şairi Məhəmməd Hadinin çox nadir kitabı hərrac yolu ilə satışa çıxarılıb.

Bakıvaxtı.az Lent.az -a istinadən xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildə çap olunan "İnsanların tarixi faciələri, yaxud Əlvahi-İntibah" kitabından gedir.

Qeyd olunur ki, 48 səhifəlik kitab Bakıda "Turan" mətbəəsində çap olunub. Əski Azərbaycan yazısında çap olunan bu kitab şairin çox nadir kitablarından hesab edilir. Hərrac üçün əsərin ilkin qiyməti 5 manatdır. Sonrakı artımlar isə minimum 5 manat təşkil edir.


SON XƏBƏRLƏR

10 May 2026