q
  • Bakı 18° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Xırdalanda maşın qarət olundu

CƏMİYYƏT

11 May 2026 | 16:54

Xırdalanda maşın qarət olundu

Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib. 

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

10 May 2026