q
  • Bakı 19° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ukraynaya ayrılan vəsaitin detalları AÇIQLANDI

DÜNYA

11 May 2026 | 18:20

Ukraynaya ayrılan vəsaitin detalları AÇIQLANDI

Avropa Komissiyası (AK) iyun ayında Kiyevə 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində ümumilikdə 9.1 milyard avro ayırmağı planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari açıqlayıb.

Onun sözlərinə görə, vəsaitin 5.9 milyard avrosu hərbi ehtiyaclara, 3.2 milyard avrosu isə Ukrayna büdcəsinin birbaşa maliyyələşdirilməsinə yönəldiləcək.

Balaş Uyvari bildirib ki, ilk hərbi tranş Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) alınmasına sərf olunacaq. O əlavə edib ki, Avropa Komissiyası növbəti mərhələlər üçün də silah tədarükü proqramları üzərində işləyir.


SON XƏBƏRLƏR

10 May 2026