q
  • Bakı 19° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Tehranın Vaşinqtona göndərdiyi təkliflərdə nələr var? - DETALLAR

DÜNYA

11 May 2026 | 18:42

Tehranın Vaşinqtona göndərdiyi təkliflərdə nələr var? - DETALLAR

Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında gərginliyin artmasına baxmayaraq, tərəflərin diplomatik həll yolunda maraqlı olduqlarını və yaxın vaxtlarda hərbi əməliyyatların yenidən başlama ehtimalının olmadığını bildiriblər.

Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İslamabad Yaxın Şərq münaqişəsinin həlli üçün vasitəçilik səylərini davam etdirir.

Mənbələr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp qarşıdakı Çin səfərinin müharibə kölgəsində qalmasını istəmir. Buna baxmayaraq, tərəflər arasında ritorika kəskindir. Belə ki, Tramp “Truth Social”da İranın cavabını “tamamilə qəbuledilməz” adlandırıb, Tehran isə bu reaksiyanın heç bir əhəmiyyət daşımadığını bəyan edib.

Pakistanlı mənbələrin məlumatına görə, Tehranın İslamabad vasitəsilə ABŞ-yə çatdırdığı təkliflərdə uranın zənginləşdirilməsini 5 il müddətinə dayandırmaq hazırlığı yer alıb. Lakin İran tərəfi ABŞ-nin 20 illik moratorium və yeraltı nüvə obyektlərinin sökülməsi tələblərini rədd edib. Tehran həmçinin dondurulmuş hesabların açılmasını, müharibə zərərlərinin ödənilməsini və sanksiyaların ləğvini şərt qoyub. Blokadanın götürülməsi müqabilində isə Hörmüz boğazını yenidən açmağa hazır olduğunu bildirib.

Sonda nəşr yazır ki, Qətər və Misir kimi regional ölkələr də Pakistanın vasitəçilik missiyasını dəstəkləyir və hazırda əsas məqsəd tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaqdır.


SON XƏBƏRLƏR

10 May 2026