Rumıniya xəstəxanasında səhiyyə işçiləri yeni əmək haqqı qanununa etiraz olaraq xəbərdarlıq tətilinə başlayıblar.
Bakıvaxtı.az "Digi24" portalına istinadən xəbər verir ki, ölkə üzrə təxminən 500 xəstəxana tətilə qoşulub.
Tətil zamanı tibb müəssisələri xəstələri qəbul etməyə davam etsə də, adi xidmətlər məhdudlaşıdırılıb.
Etirazçılar xüsusilə əmək haqqı haqqında yeni qanun layihəsinə etiraz ediblər. Onlar təklif olunan dəyişikliklərin səhiyyə işçilərinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağına inanırlar.
Bundan əlavə, etirazçılar mövcud müavinət və ödənişlərin saxlanılmasını, eləcə də işçi çatışmazlığının aradan qaldırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Həmkarlar ittifaqı nümayəndələri hakimiyyət orqanları ilə danışıqları davam etdirəcəklərini bildiriblər. Tələbləri yerinə yetirilməsə, ən böyük səhiyyə işçiləri həmkarlar ittifaqı federasiyası olan Sanitas 28 iyulda ümumi tətil başlatmaq niyyətindədir.
Gülşən Şərif
Bakı 



