q
  • Bakı 10° C

    9.8 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

"Qırmızı” verdiyi futbolçunu meydana qaytardı

İDMAN

21 Aprel 2026 | 01:00

Qırmızı” verdiyi futbolçunu meydana qaytardı

AFFA U-17 Liqasında keçirilən “Şəfa” – “Sabah” oyununda hakimin kobud səhvi ilə yadda qalan epizod yaşanıb.

Bakıvaxtı.az Sportlife.az-a istinadən xəbər verir ki, görüşün baş hakimi “Sabah”ın futbolçularından birinə sarı vərəqə göstərdikdən sonra bunu ikinci sarı kimi qiymətləndirərək qırmızı vərəqə ilə onu meydandan kənarlaşdırıb.

Halbuki həmin oyunçu üçün bu, ilk sarı vərəqə olub.

“Sabah” tərəfi qərara etiraz etsə də, hakim qərarında israr edib və futbolçunun meydanı tərk etməsini tələb edib.

15 dəqiqə sonra baş hakim səhvini anlayaraq qırmızı vərəqə ilə meydandan uzaqlaşdırdığı oyunçunun yenidən oyuna qayıtmasına icazə verib.


SON XƏBƏRLƏR

20 Aprel 2026