q
  • Bakı 10° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

İrandan Azərbaycana idxal olunan təbii qazın həcmi açıqlandı

İQTİSADİYYAT

20 Aprel 2026 | 23:24

İrandan Azərbaycana idxal olunan təbii qazın həcmi açıqlandı

Bu ilin yanvar-fevral aylarında İrandan Azərbaycana 6,433 milyon ABŞ dolları dəyərində 95,584 milyon kubmbetr həcmində təbii qaz idxal olunub.

Bakıvaxtı.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-fevral aylarında İrandan təbii qaz idxalı ilə bağlı məlumatlar dərc olunmamışdı.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan yalnız bir ölkədən - İrandan təbii qaz idxal edib.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım qeydə alınıb.


SON XƏBƏRLƏR

20 Aprel 2026