q
  • Bakı 10° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Onun postunda qalmasını istədilər

İDMAN

20 Aprel 2026 | 23:15

Onun postunda qalmasını istədilər

“Real Madrid”in Çempionlar Liqasından kənarlaşması klub daxilində gərginliyi artırsa da, komandanın əsas aparıcı futbolçuları baş məşqçi Alvaro Arbeloaya tam dəstək nümayiş etdiriblər.

Bakıvaxtı.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin oyunçuları klub rəhbərliyi ilə görüşərək ispaniyalı mütəxəssisin və onun məşqçilər heyətinin vəzifədə qalmasını istədiklərini çatdırıblar.

Yanvarın 12-də Xabi Alonsonu əvəz edərək sükan arxasına keçən Arbeloa Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya hər iki oyunda məğlub olaraq (1:2, 3:4) turnirlə vidalaşsa da, soyunma otağında ona olan inam sarsılmayıb.

Qeyd olunub ki, hazırda La Liqada lider “Barselona”dan 9 xal geri qalan və mövsümü kuboksuz bitirmə təhlükəsi ilə üz-üzə qalan “Kral klubu”nda futbolçular məşqçinin oyun fəlsəfəsinin gələcəkdə uğur gətirəcəyinə əmindirlər.


SON XƏBƏRLƏR

20 Aprel 2026