Portuqaliyanın "Boavişta" klubunun ev oyunlarını keçirdiyi "Bessa" stadionu hərraca çıxarılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "LEILOSOC Worldwide" hərrac şirkətinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir, hərrac prosesi aprelin 27-də başlayacaq və mayın 20-si başa çatacaq. Stadionun ilkin satış qiyməti 31 068 781,72 avro müəyyən edilib.
11 mərtəbəli idman qurğusunun ümumi sahəsi 77 865,50 kvadratmetrdir ki, bunun da 9 600 kvadratmetrini bilavasitə oyun meydançası təşkil edir. Stadionla yanaşı, ərazidəki bir sıra yardımçı infrastrukturlar olan ikimərtəbəli restoran, idmançılar üçün nəzərdə tutulmuş dördmərtəbəli yaşayış binası və üçmərtəbəli avtomobil dayanacağı da kompleks şəklində satılacaq.
Bakı 




