Türkiyədə silah sahibi olmaq səlahiyyətləri məhdudlaşdırılacaq, silah sahiblərinə qarşı isə cəzalar sərtləşdiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
"Məktəblərimizdə təhlükəsizliyin təmin edilməsi bizim əsas prioritetimizdir. Bu mövzuda heç bir güzəştə getməyəcəyik. Təhlükəsizlik və etibarlılıq öhdəliklərini yerinə yetirməyən odlu silah sahiblərinə qarşı cəzaları sərtləşdirəcəyik. Silah sahibliyini məhdudlaşdıran əlavə hüquqi qaydalar tətbiq olunacaq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, aprelin 14-də Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərində məktəbdə silahlı hücum baş verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri yaralayıb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb.
Bakı 




