q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

İDMAN

04 May 2026 | 09:02

Premyer Liqa: Qarabağ bu gün Turan Tovuzla qarşılaşacaq

Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.

Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncü sıradadır.

Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni məğlub edib.


SON XƏBƏRLƏR

03 May 2026