q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Prezident İrəvandakı sammitə videoəlaqə vasitəsilə qoşulacaq

SİYASƏT

04 May 2026 | 09:42

Prezident İrəvandakı sammitə videoəlaqə vasitəsilə qoşulacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.

Xatırladaq ki, "Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.


SON XƏBƏRLƏR

03 May 2026