q
  • Bakı 10° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Şəhid anasından təsirli çıxış - İcra başçısı ağladı - VİDEO

CƏMİYYƏT

03 May 2026 | 19:42

Şəhid anasından təsirli çıxış - İcra başçısı ağladı - VİDEO

Qazax rayonunda 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan baş leytenant Yunis Kazımov həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

 

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, millət vəkili Səməd Seyidov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Vətən müharibəsində şəhid olmuş Mustafalı Əlizaminin anası Ülviyyə xanıma da söz verilib. O, çıxışına “Yaşaya-yaşaya ölən anayam”şeiri ilə başlayaraq, duyğulu məqamlara toxunub. Ülviyyə xanımın təsirli çıxışı toplantı iştirakçılarını kövrəldib. Hətta rayon icra başçısı Rəcəb Babaşov da göz yaşlarına hakim ola bilməyib.

Görüntüləri təqdim edirik.

Murad


SON XƏBƏRLƏR

02 May 2026