Müğənni Ayan Babakişiyeva formada qalmasının sirrini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, sənətçi bildirib ki, sağlam həyat tərzi onun gündəlik rejiminin əsasını təşkil edir. Ayan Babakişiyevanın sözlərinə görə, artıq uzun müddətdir ki, un məmulatlarından və şirniyyatdan uzaq durur:
"Çörək yemirəm, şirniyyatdan imtina etmişəm. Nə vaxt yediyim yadımda deyil. Hətta öz ad günümdə belə tort yemədim".
Müğənni qeyd edib ki, bu qidalanma tərzi onun üçün məcburiyyət deyil, əksinə, həyat tərzidir:
"Sağlam yaşayıram, heç kəs düşünməsin ki, bədənimə əziyyət verirəm. Bəlli yeməklər və tərəvəzlər var ki, onlar məni 24 saat tox tutur. Eyni zamanda vitaminlərimi də qəbul edirəm. Heç bir vitamin itkisi yaşamıram".
Ayan Babakişiyeva vurğulayıb ki, düzgün qidalanma və balanslı həyat tərzi onun həm fiziki formasını qorumasına, həm də enerjili qalmasına kömək edir./Milli.az
Bakı 




