• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Ukrayna Rusiyanın raket gəmisini məhv etdi

DÜNYA

03 May 2026 | 16:13 | Müəllif: Subhan Mahmudov

Ukrayna Rusiyanın raket gəmisini məhv etdi

Ukrayna ordusu Rusiyanın raket gəmisini məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“General-mayor Yevgeni Xmara Primorsk limanında hədəflərin uğurla məhv edilməsi barədə məlumat verib. Əməliyyat nəticəsində "Karakurt" raket gəmisi, bir patrul gəmisi və kölgə neft donanmasına məxsus başqa bir tanker zərbələrə məruz qalıb. Neft yükləmə limanının infrastrukturuna da ciddi ziyan dəyib”, - Zelenski bildirib.

Qeyd edək ki, Vladimir Zelenski bu gün verdiyi açıqlamasında Novorossiysk limanında Rusiyaya məxsus iki neft tankerinin məhv edildiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR