q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Hörmüz boğazında gəmiyə naməlum hücum olub

DÜNYA

04 May 2026 | 09:19

Hörmüz boğazında gəmiyə naməlum hücum olub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında tanker naməlum hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO 78 dəniz mili (125,9 km - red.) şimalda, BƏƏ ərazisində baş verən hadisə barədə məlumat alıb. Tanker mənşəyi naməlum mərmilərlə atəşə tutulub", - deyə mərkəzin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunur ki, gəmi heyəti təhlükəsizlikdədir, hadisə zamanı ətraf mühitə ziyan dəyməyib.


SON XƏBƏRLƏR

03 May 2026