q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib

İDMAN

04 May 2026 | 09:24

Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib

Braziliya millisinin sabiq futbolçusu Halkın (Givanildo Souza) karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.

Bakıvaxtı.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Atletiko Mineyro"dan ayrılan 39 yaşlı hücumçu "Fluminense"də çıxış edəcək.

Mümkün transferin təfərrüatları hələlik açıqlanmayıb.

Xatırladaq ki, mayın 2-də klubla vidalaşan Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edib. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.


SON XƏBƏRLƏR

03 May 2026