q
  • Bakı 10° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Rusiyanın ən böyük neft ixrac edən limanı VURULDU

DÜNYA

03 May 2026 | 18:14

Rusiyanın ən böyük neft ixrac edən limanı VURULDU

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Primorsk limanında yerləşən hədəflərə endirilən zərbələri yüksək qiymətləndirib.

 

Bakıvaxtı.az-ın “LeMonde.fr”ə istinadən verdiyi xəbərə görə, o, bildirib ki, Rusiyanın şimal-qərbində, Ukrayna sərhədindən təxminən 1000 kilometr məsafədə yerləşən limanda bir neçə obyekt vurulub:

“Hücum nəticəsində raket daşıyan gəmi və Rusiyanın “kölgə donanması”na aid neft tankeri zədələnib. Bundan əlavə, neft terminalının infrastrukturuna da ciddi ziyan dəyib”.

Məlumat üçün bildirək ki, Primorsk Rusiyanın ən böyük neft ixrac limanlarından biridir və gündəlik təxminən 1 milyon barel neft emal etmək gücünə malikdir. Son aylarda Kiyev Rusiyanın enerji infrastrukturuna qarşı hücumları intensivləşdirib və bu liman da bir neçə dəfə hədəf alınıb.

Aydın


SON XƏBƏRLƏR

02 May 2026