q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

ABŞ-də təyyarə çörək maşını ilə toqquşdu

CƏMİYYƏT

04 May 2026 | 09:33

ABŞ-də təyyarə çörək maşını ilə toqquşdu

Nyuark hava limanında (Nyu-Cersi ştatı, ABŞ) "United Airlines" aviaşirkətinə məxsus "Boeing 767" eniş zamanı şassisi ilə uçuş-eniş zolağının yaxınlığında hərəkət edən çörəkdaşıyan maşına dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Hadisəyə baxmayaraq, Venesiyadan gələn təyyarə təhlükəsiz eniş edib. Lakin zərbə nəticəsində yük maşınının kabin şüşəsi çatlayıb, sürücü isə xəsarət alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) hadisənin səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıb.

"United Airlines" nümayəndələri sərnişinlərdən və ya heyət üzvlərindən heç kimin xəsarət almadığını təsdiqləyiblər.


SON XƏBƏRLƏR

03 May 2026