“Biz ermənilər üçün 300 min iş yeri yaradacağıq”.
Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, bu sözləri “Güclü Ermənistan” partiyasının rəhbəri və baş nazirliyə namizəd Samvel Karapetyan bildirib. O qeyd edib ki, Azərbaycan ən yaxşı halda yalnız Ermənistan daxilindəki kiçik bir qrup üçün qarant rolunu oynaya bilər:
“Hazırda Ermənistanla bağlı bütün qərarlar Azərbaycanda qəbul edilir, çünki Paşinyan əsas müttəfiqlərimizlə münasibətlərimizə zərər vermək üçün hər şeyi edib. Bu münasibətləri təcili bərpa etməliyik. Bizə ABŞ, Böyük Britaniya, Fransa, Çin və həmçinin dostumuz Rusiya ilə daha çox dost münasibətlər lazımdır. Yalnız bu yolla supergüclərdən möhkəm zəmanətlər ala bilərik”.
Xatırladaq ki, iş adamı və xeyriyyəçi Samvel Karapetyan 2025-ci ilin iyun ayında ruhanilərlə hakimiyyət arasındakı münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə saxlanılıb. Karapetyan günahını etiraf etməyib və hökumətin hərəkətlərini siyasi təzyiq kimi qiymətləndirib. Kilsəni dəstəkləyən açıqlamasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada ruhaniləri və xeyriyyəçiləri hədəf alan bir sıra təhqiramiz şərhlər paylaşaraq ictimaiyyətin qəzəbinə səbəb olub. Daha sonra iş adamına qarşı külli miqdarda çirkli pulların yuyulması ilə bağlı yeni ittihamlar irəli sürülüb. 2025-ci ilin dekabrında o, ev dustaqlığına buraxılıb.
Aydın
Bakı 




