q
  • Bakı 11° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

İmtahana ayaqqabısının altında telefon keçirmək istədi

CƏMİYYƏT

03 May 2026 | 12:27

İmtahana ayaqqabısının altında telefon keçirmək istədi

Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb.

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı bir nəfərin ayaqqabısının altında gizlədilmiş mobil telefon aşkarlanıb. 

Qeyd olunan hal aktlaşdırılıb və araşdırma aparılacaq.


SON XƏBƏRLƏR

02 May 2026