q
  • Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ

DÜNYA

03 May 2026 | 10:36

Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ

ABŞ-də aparılan yeni araşdırma yuxu problemləri üçün geniş istifadə olunan əlavələrin gözlənilən effekti vermədiyini ortaya qoyub.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, melatonin qəbul edənlərin təxminən yarısında bu maddə yalnız plasebo effekti göstərir.

Maqnezium isə əsasən yalnız əzələ qıcolmaları zamanı müəyyən fayda verir, lakin yuxuya getməyə ciddi təsir etmir.

Araşdırmada həmçinin qeyd olunur ki, çətənə ekstraktı olan yağların (CBD məhsulları) yuxuya təsiri ilə bağlı ümumiyyətlə elmi sübut bazası mövcud deyil.

Statistik göstəricilər isə vəziyyətin daha geniş olduğunu göstərir: hər səkkizinci yetkin insan mütəmadi olaraq bu cür əlavələr qəbul etsə də, yuxu problemləri davam edir. /Musavat.com


SON XƏBƏRLƏR

02 May 2026