• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Lənkəranda qanlı olay: 42 yaşlı kişi bıçaqlandı

HADİSƏ

03 May 2026 | 23:04 | Müəllif: Ayyət Əhməd

Lənkəranda qanlı olay: 42 yaşlı kişi bıçaqlandı

Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.

Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.\"Report"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026