ABŞ-nin "ExxonMobil" neft-qaz korporasiyasının baş direktoru Darren Vuds İrandakı müharibə səbəbindən neft qiymətlərinin yüksəlməyə davam edəcəyini proqnozlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNBC telekanalının efirində danışan Vuds, bazarların hələ də görünməmiş fasilələrin fəsadlarını tam hiss etmədiyini bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, Hörmüz boğazı bağlı qaldığı müddətcə neft bahalaşmaqda davam edəcək.
O, həmçinin qeyd edib ki, boğaz açıldıqdan sonra belə, Yaxın Şərqdən neft tədarükünün tam normallaşması bir-iki ay vaxt aparacaq.
Vuds əlavə edib ki, böhranın əvvəlində yolda olan çoxsaylı tankerlər və bir çox ölkələrin ehtiyat fondundan bazara neft çıxarması qiymətlərin daha kəskin sıçrayışının qarşısını müəyyən dərəcədə ala bilib. Lakin mövcud gərginlik fonunda bazarda qeyri-müəyyənlik hələ də qalmaqdadır. \Musavat.com
Bakı 




