q
  • Bakı 10° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb

CƏMİYYƏT

03 May 2026 | 18:26

Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb

"Air Serbia"nın Belqrad və Bakı arasında birbaşa uçuşları başlayıb.

 

Bakıvaxtı.az xəbər verir ki, "Air Serbia" bu gün rəsmi olaraq Belqrad ilə Bakı arasında birbaşa aviareysi istifadəyə verib. Məlumata görə, uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb. Belqraddan ilk reysin yola salınma mərasimində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev, Serbiya Respublikası hökumətinin nümayəndələri - tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, həmçinin "Air Serbia"nın icra heyəti, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. \Report.az


SON XƏBƏRLƏR

02 May 2026